Könül qapımı döyən, Özünü şövqlə öyən, Mənə sevdadan deyən Səs tərəfə qaçıram, Dərdə qapı açıram. Qapımda duran uca, Cəftəmi vuran uca, Halımı soran uca, Bu sədaya acıram, Dərdə qapı açıram.
İnsan oxunmayan kitab kimidir, Məxrəcə gəlməyən hesab kimidir. Ucaldır, endirir öz dəyərini, Çoxu səs çıxardan boş qab kimidir… 15.12.2019