Könül qapımı döyən, Özünü şövqlə öyən, Mənə sevdadan deyən Səs tərəfə qaçıram, Dərdə qapı açıram. Qapımda duran uca, Cəftəmi vuran uca, Halımı soran uca, Bu sədaya acıram, Dərdə qapı açıram.
Fikirlər ələnir xəzəltək başdan, Ağrı-acıları keçir göz yaşdan. Zaman ömürləri dartır dalınca, Saatın əqrəbi asılır yaşdan!… 19.12.2019
Şərh üçün bağlıdır.