Yalan nə söyləyim mən qışı sevirəm, Göyün gözlərindən axan yaşı sevirəm… Qışın sükutu ürəyimə həzin layla çalır, Ruhumu xəyallar alır, Qışa sevgim qəlbimdə gizli qalır, Utanıram bu sevgini faş etməkdən, Çünki imkansız ailələrin ağrıları düşür ürəyimə, Zəhər qatır çörəyimə… *** Qış – kasıbların yanaqlarında donan göz yaşı, Ümidləri canlarının sirdaşı. Daim adamlardan qaçar gözləri, Başları […]
Şöhrətçin tarixə ləkə atanlar, Yalan kölgəsində rahat yatanlar. Zaman ələdikcə haqq üzə çıxır, Gec-tez qalib olur haqqı tutanlar… 23.02.2019
İdrak güzgüsündən baxsan özünə, Səhvlərin ləkətək çökər üzünə. Ağıldan qaçanlar hislərin qulu, Hislər aldatdıqca vurar dizinə.. 21.02.2019
Mən səni kürəyimdə daşıyıram nə vaxtdı, Bir az insafın olsun, yorma məni, ey həyat. Hər günü əmrinlə yaşayıram nə vaxtdı, Bir gün çəkilsəm göyə, sorma məni, ey həyat! Çıxdığım zirvələrin başına qar ələnir, Ürəyim bəyazlığın saflığına bələnir, Kimin isə gözləri ovladımı belə nur?! Nurundan kama çəkdim, qırma məni, ey həyat. Görürsən ki, içimdə […]