Könül qapımı döyən, Özünü şövqlə öyən, Mənə sevdadan deyən Səs tərəfə qaçıram, Dərdə qapı açıram. Qapımda duran uca, Cəftəmi vuran uca, Halımı soran uca, Bu sədaya acıram, Dərdə qapı açıram.
Əzabdan, fərəhdən dadıb yaşarıq, Könlümüz bulaqtək qaynar daşarıq. Ömür dərslərindən yaxşı-pis alıb Gah taleylə küsüb, gah barışarıq… 15.02.2019