Könül qapımı döyən, Özünü şövqlə öyən, Mənə sevdadan deyən Səs tərəfə qaçıram, Dərdə qapı açıram. Qapımda duran uca, Cəftəmi vuran uca, Halımı soran uca, Bu sədaya acıram, Dərdə qapı açıram.
İdrak güzgüsündən baxsan özünə, Səhvlərin ləkətək çökər üzünə. Ağıldan qaçanlar hislərin qulu, Hislər aldatdıqca vurar dizinə.. 21.02.2019