Könül qapımı döyən, Özünü şövqlə öyən, Mənə sevdadan deyən Səs tərəfə qaçıram, Dərdə qapı açıram. Qapımda duran uca, Cəftəmi vuran uca, Halımı soran uca, Bu sədaya acıram, Dərdə qapı açıram.
Həyat bizi yırğalayır gəmitək, Vaxt çatanda biçilirik zəmitək. Xoşbəxtliyin anlarını tutanlar, Qəmi silir gözlərinin nəmitək.. 18.02.2019