Könül qapımı döyən, Özünü şövqlə öyən, Mənə sevdadan deyən Səs tərəfə qaçıram, Dərdə qapı açıram. Qapımda duran uca, Cəftəmi vuran uca, Halımı soran uca, Bu sədaya acıram, Dərdə qapı açıram.
İnsan insan olmur əzizləməklə, Vicdanın səsləyib haqq diləməklə. Qurtulmaq olardı hər bir bəladan Nifrətdən içini təmizləməklə…