Mən səni kürəyimdə daşıyıram nə vaxtdı,
Bir az insafın olsun, yorma məni, ey həyat.
Hər günü əmrinlə yaşayıram nə vaxtdı,
Bir gün çəkilsəm göyə, sorma məni, ey həyat!
Çıxdığım zirvələrin başına qar ələnir,
Ürəyim bəyazlığın saflığına bələnir,
Kimin isə gözləri ovladımı belə nur?!
Nurundan kama çəkdim, qırma məni, ey həyat.
Görürsən ki, içimdə fırtınalar dolaşır,
Eniş-yoxuş bilmədən hər günümlə yollaşır,
Zaman üzün turşudur, könlümə qəm bulaşır,
Acı qəhqəhələrlə sarma məni, ey həyat.
Ömür tale kəndirin boğazıma keçirir,
Göz yaşını şərabtək hər gün mənə içirir,
Qazandığım fərəhi zəmi təki biçirir,
Onunla dilbir olub, vurma məni, ey həyat.
Şadimanı acizmi sanıb düşdün üstünə?
Çatığın ocaq bəlli, bəs burulan tüstü nə?
Tüfənginin səsinə durub gəldim üstünə
Yaraladı min yerdən qırma məni, ey həyat!…
17.02.2019