İnsan zəkasında oturub kimlik, Edir əməlinə hər an hakimlik. Hakimin səhviylə çalışan ürək, Dərdinin çarəsi deyil həkimlik… 13.11.2018
Bu dünyanın bir qərib yolçusuyam görürsən, Göy üzü buludlayıb sənsə qəlbi gərirsən, Bağrıma yerin, göyün niskilini sərirsən, Üzür canın evini illərdi min bir baxış. Mərhəmət et ruhuma, könlümə yağma yağış… İsladırsan qəlbimin künc-bucağın nə vaxtdı, Kor qoyub söndürürsən qəlb ocağın nə vaxtdı, Görməyirsən gurşadda əl-qol atan bu baxtı, İçimdə sellər coşur, canımı boğma […]
Hər dəfə istəyirəm qələmi əlimdən yerə qoyum və yazmayım. Açığını deyim ki, axır vaxtlar heç qələmlə də yazmıram, kompyuterin düymələrini basmaqla məşğulam. Hərhalda bu da müasir dövrün qələmi əvəz edən yazı üsuludur. Amma, yazmamaq olmur ki, olmur. Çünki bizim bəzi insanlarımızın daxili və xarici baxışları səni məcbur edir ki, yazasan. Yazmayanda da, başı bəlalı ürək […]
Yaxşılıq hər zaman haqqa işıqdır, Varlığın evinə bir yaraşıqdır. Mizrabtək dindirər ürək telini, Sarı simə vuran ustad aşıqdır… 02.10.2018