Вы просматриваете: Главная >Архив для Aprel, 2018

DÖRDLÜK

Gəlmisən könlümü çiçəklət, ey yaz, Səndə var eşq dolu hekayət, ey yaz. Gətir ürəyimə gülüstanlığı, Ömür də can varkən səyahət, ey yaz…   20.04.2018 Ş.K. ŞADİMAN  

KİMƏ NƏ

  Dərdlərimin hesabı da çözülməz, Çarə tapmaz loğmanı yox, kimə nə? Qəmin əli ətəyimdən üzülməz, Bir xoş gələn zamanım yox, kimə nə?   Qara-qara yuxuları yozmağa, Yazılmışı alınımdan pozmağa, Dərdlərimi vərəqlərə yazmağa, İqtidarım, amanım yox, kimə nə?   Ələyində ələnirəm dövranın, Alıb üstün, yıxıb evin qəm canın, Qamçısıyla döyülürəm hər anın, Bu halımı umanım yox, […]

DEYİM

Işıq gələn yerə qapı açarlar, onu bağlamazlar…

DÖRDLÜK

Ağrını ürəyə çəkdirən başım, Səni çalxatmırmı canda təlaşım? Sən dərdə açdıqca könül qapısın, Söylə neçə dəfə mən qarşılaşım?! 12.04.2018