Könül qapımı döyən, Özünü şövqlə öyən, Mənə sevdadan deyən Səs tərəfə qaçıram, Dərdə qapı açıram. Qapımda duran uca, Cəftəmi vuran uca, Halımı soran uca, Bu sədaya acıram, Dərdə qapı açıram.
Zəhmətsiz neyəsə nail olanda, Hərislik havası oynayır canda. Yığıb yığışdırmaq olmur istəyi, Bulaqtək qaynayır hər zaman qanda!… 21.04.2018