Könül qapımı döyən,
Özünü şövqlə öyən,
Mənə sevdadan deyən
Səs tərəfə qaçıram,
Dərdə qapı açıram.
Qapımda duran uca,
Cəftəmi vuran uca,
Halımı soran uca,
Bu sədaya acıram,
Dərdə qapı açıram.
Əyilmə haqqını ayaqlayana, Hasartək qarşını kəsib dayana. Sən də doğulmusan xoş həyat üçün, Gözləmə nankorda vicdan oyana! 07.04.2018 Şirinxanım Kərimbəyli ŞADİMAN