Könül qapımı döyən,
Özünü şövqlə öyən,
Mənə sevdadan deyən
Səs tərəfə qaçıram,
Dərdə qapı açıram.
Qapımda duran uca,
Cəftəmi vuran uca,
Halımı soran uca,
Bu sədaya acıram,
Dərdə qapı açıram.
Gəlmisən könlümü çiçəklət, ey yaz, Səndə var eşq dolu hekayət, ey yaz. Gətir ürəyimə gülüstanlığı, Ömür də can varkən səyahət, ey yaz… 20.04.2018 Ş.K. ŞADİMAN