Könül qapımı döyən, Özünü şövqlə öyən, Mənə sevdadan deyən Səs tərəfə qaçıram, Dərdə qapı açıram. Qapımda duran uca, Cəftəmi vuran uca, Halımı soran uca, Bu sədaya acıram, Dərdə qapı açıram.
Ağrıdan, əzabdan sıxılan dünya, Namərdlər əlində yıxılan dünya. Sənin də ipinin ucu göylərdə, Açılan gülləyə taxılan dünya… 05.04.2018 Şirinxanım Kərimbəyli ŞADİMAN