Könül qapımı döyən, Özünü şövqlə öyən, Mənə sevdadan deyən Səs tərəfə qaçıram, Dərdə qapı açıram. Qapımda duran uca, Cəftəmi vuran uca, Halımı soran uca, Bu sədaya acıram, Dərdə qapı açıram.
Hər şey bizim düşündüyümüz kimi olmur, həyat səhvlərimizi dəlicəsinə üzümüzə vurur…
İnsanın özündən qorxulu düşməni yoxdu…
Ağrı canı incidir, həm də insanın sağ olduğuna incidir…