Вы просматриваете: Главная >Архив для Noyabr, 2016

DAŞ EYLƏ, ALLAH Son qoy bu dünyanın matəmlərinə, Hər zülmün yuvasın faş eylə, Allah. Ya dözmə nadanın sitəmlərinə, Ya mənim könlümü daş eylə, Allah. Sonu axşam olur gələn gündüzün, Hiylələr bürüyüb, vallah Yer üzün, Ya çiçəktək açdır sevincin üzün, Ya mənim könlümü daş eylə, Allah. Hər tərəfdə ağrı, hər tərəfdə ac, Şərəfli, şərəfsiz başa qoyur […]

Oxu, könlüm

Oxu, könlüm Dilə gəldi ürəyimdə duyğular, Oxu, könlüm, oxu səsin çağlasın. Məhəbbətdən sehirləşir uyğular, Oxu, könlüm, qaranlıqlar ağlasın, Oxu, könlüm, oxu səsin çağlasın. Bir tənimdi, bir ruhumdu, bir də sən, Söylə mənə ya göydə, ya yerdəsən? Öt bülbültək, əyilmə heç dərdə sən, Oxu, könlüm, nəş’ə qəmi dağlasın. Oxu, könlüm, oxu səsin çağlasın. Səndən əziz, səndən […]

DAĞDAN AĞIR OLUR

Bəzən ümid dönür gərəyimizə, Fikir dənizində qəlb təklənəndə. Allah, yumruq boyda ürəyimizə Dağdan ağır olur dərd yüklənəndə. Diləklər, arzular verir baş-başa, Həzin xatirəyə dönür ötən gün. Həyat səhnəsində anlar tamaşa, Hər alın yazısı həm yas, həm düyün. Bəşərin taleyi ağaca bənzər, Yarpağı saralır payız yetəndə. Nə qədər qiymətli libas olsa zər Əvəzi ağ olur ömür […]

MƏDDAHLIQ ZAMANIN ÜRƏYİNƏ OX

MƏDDAHLIQ ZAMANIN ÜRƏYİNƏ OX Məddahlıq zamanın ürəyinə ox, O ziyan gətirir beyinlərə çox. Bitirir dünyada fəlakətləri, Yerlə-yeksan edir məmləkətləri. Kirlədir məkriylə bəzən saf suyu, Qazıyır insana ən dərin quyu. Məddahlıq insanı Allah eyləyir, Allahın önündə günah eyləyir. Beyni zəhərləyir çürük kam ilə, Zehində dolaşır bu ehkam ilə. Məddahlıq doğurur fitnə-fəsadlar, Ona ürcah olur qəlbi kəsadlar. […]