Вы просматриваете: Главная >Архив для Noyabr 9th, 2016

Vətəndi

Vətəndi Vətən, onda Vətəndi, Ağrı-acınla təndi. Sən içində olasan, Ona candan yanasan. Dərdinə odlanasan. Vətən yaşadığın yer, Dərdin daşıdığın yer, Sahibsiz Vətən olmaz, Qürbət ona tən olmaz. Bayrağı kimliyimiz, Yumruqtək birliyimiz! O bizim varlığımız, Milləttək yarlığımız. Eşqi canda bitəndi, Ruhumuzda ötəndi, Vətən, onda Vətəndi… 09.11.2016 Şirinxanım Kərimbəyli Şadiman