Вы просматриваете: Главная > Şeirlər > Vətəndi

Vətəndi

azc999rbaycan

Vətəndi

Vətən, onda Vətəndi,
Ağrı-acınla təndi.
Sən içində olasan,
Ona candan yanasan.
Dərdinə odlanasan.
Vətən yaşadığın yer,
Dərdin daşıdığın yer,
Sahibsiz Vətən olmaz,
Qürbət ona tən olmaz.
Bayrağı kimliyimiz,
Yumruqtək birliyimiz!
O bizim varlığımız,
Milləttək yarlığımız.
Eşqi canda bitəndi,
Ruhumuzda ötəndi,
Vətən, onda Vətəndi…
09.11.2016
Şirinxanım Kərimbəyli Şadiman