***
Ağıldan keçəni dil deyə bilmir,
Ömrün ağrıların il deyə bilmir…
Əgər sevinmirsə qəlbin yiyəsi,
Ürək sahibinə gül deyə bilmir.
07.11.2016
Ağrılar bədənə bir yalquzaqdı,
Doğulan günündən ona duzaqdı.
Vücud ki titrədi zəlzələ təki,
Bilki payız gəlib, canda sazaqdı…
07.11.2016
**
Ümid qırıqlığı zəhərdən acı,
Qəlbə fərəh vermək onun əlacı.
İnsanın çəkdiyi hər əzab yükü,
Ürəyi qovuran cəhənnəm sacı.
10.11.2016
Doldurur hər zaman omrə boşluğu,
Insani yaşadan könul xoşluğu…
**
Sən əgər urəyə eylesən qulluq,
Səni yaşatmaqçın eləməz şuluq…
**
Hamı haqlı sayır özün dunyada,
Yazıq haqqa yoxdu qaçmaga ada…
**
Nadana eyləsən min bir yaxşiliq,
Ele zenn edəcək ona xoşqiliq….
**
Acgözün özü doymaz,
Yaltağın sözü doymaz…
03.11.2016
Ağıldan kəmlərin quludu dünya,
Şeytanın, iblisin yoludu dünya…
02.10.2016
Şirinxanım Kərimbəyli Şadiman