Вы просматриваете: Главная >Архив для Noyabr 16th, 2016

DAĞDAN AĞIR OLUR

Bəzən ümid dönür gərəyimizə, Fikir dənizində qəlb təklənəndə. Allah, yumruq boyda ürəyimizə Dağdan ağır olur dərd yüklənəndə. Diləklər, arzular verir baş-başa, Həzin xatirəyə dönür ötən gün. Həyat səhnəsində anlar tamaşa, Hər alın yazısı həm yas, həm düyün. Bəşərin taleyi ağaca bənzər, Yarpağı saralır payız yetəndə. Nə qədər qiymətli libas olsa zər Əvəzi ağ olur ömür […]

MƏDDAHLIQ ZAMANIN ÜRƏYİNƏ OX

MƏDDAHLIQ ZAMANIN ÜRƏYİNƏ OX Məddahlıq zamanın ürəyinə ox, O ziyan gətirir beyinlərə çox. Bitirir dünyada fəlakətləri, Yerlə-yeksan edir məmləkətləri. Kirlədir məkriylə bəzən saf suyu, Qazıyır insana ən dərin quyu. Məddahlıq insanı Allah eyləyir, Allahın önündə günah eyləyir. Beyni zəhərləyir çürük kam ilə, Zehində dolaşır bu ehkam ilə. Məddahlıq doğurur fitnə-fəsadlar, Ona ürcah olur qəlbi kəsadlar. […]

BU DÜNYA QƏM ÇEŞMƏSİ Hər taleyə bir ömür, hər ömrə bir həyat var, İnsanın ağılında açılmaz neçə qat var, Şüurun fəqanından ürəkdə min cür çat var, Bir tərəfdə göz yaşı, bir tərəfdə büsat var… Ağrılara qul oldun-taleyin yatıb gedir, Bu dünya qəm çeşməsi, üzməyən batıb gedir. Sabahın naləsinə gecənin ahi-zarı, Hiylədən hiylə doğur bu insanlıq […]