Вы просматриваете: Главная >Архив для Noyabr, 2016

DÜKAN ADAMIN HEKAYƏTİ

DÜKAN ADAMIN HEKƏYƏTİ Dünəndən üzü dönən hava şaxta içində, Dondurur evsizləri, yoxsulları içində. Günəş gah küsüb qaçır, gah da üzün göstərir, Xəzri cana işləyir, adamın köksün gərir. İlikləri göynədir soyuq noyabr ayı, Küçədən bir səs gəlir, zəif, qalmayıb hayı. Canlı yeriyən dükan ağır çanta əlində, Sözlər titrəyir gəzir haray çəkir dilində! “Kalkotka”, “corab” deyib eşidəni […]

NİGARANAM

Bu dünyanın qüssə dolu sabahına inamım az, Qarlı qışdan üzü bəri uzaqlardan əl edir yaz, Göylər sirli, günəş altun, yol gözləyən yollar bəyaz, Bu sərsəri oyunların hər sirindən, nigaranam, Dünyanın üst qatı asan, mən dərindən nigaranam. Ağrı-acı qıvrılıbdı, ilan təki, köks içində, Çöhrə gördüm, könül gördüm, vicdan gördüm hər biçimdə, Bu nakişi zamanənin nə var […]

RÜŞVƏTƏ PƏRƏSTİŞ

Hər xalq bu dünyada adın daşıyır, Öz keyfiyyətinin dadın yaşayır. Bizim xalqın da öz cəhətləri var, Ağlında min cürə qəhətləri var. Azalıb mənəvi dünyaya eşqi, Kasıblardan qopan min vaya eşqi. İndi bu millətin bədəndə canı, Oxşayır rüşvətlə kürsü tutanı. Onun arvadına pərəstiş edir, Vəzifə adına pərəstiş edir. Altında maşina pərəstiş edir, Mənasız yaşına pərəstiş edir. […]

İKİMİZ DƏ YANIRDIQ NƏ VAXTDAN BU ATƏŞƏ

İKİMİZ DƏ YANIRDIQ NƏ VAXTDAN BU ATƏŞƏ İkimiz də yanırdıq nə vaxtdan bu atəşə, Biz ki, od-alov verdik bu sevgiylə günəşə, Harda qaldı o istək, o od, o yanğı, nəşə? İtirdik bu sevgini o boranda, o qarda, İndi sən harda qaldın, mən isə söylə harda? Qınadı tanıyanlar, tanımayanlar bizi, Unutduq sevgimizə şahid gecə-gündüzü, Məhəbbətin nə […]