Вы просматриваете: Главная >Архив для Sentyabr, 2016

GÖYLƏRƏ ÇƏKDİ…

Dünyanın halına tökdü göz yaşı, Könlümü göylərə çəkdi bu yağış. Yudu bağça-bağı, torpağı, daşı, Yerlərə çeşmələr əkdi bu yağış. Səhərin gözünə şəbnəmtək düşdü, Səmada şimşəklə bulud döyüşdü, Damlalar torpaqla eşqlə öpüşdü, Ruhumdan kədəri sökdü bu yağış. Ağaclar yağmurda nazla telləndi, Yarpaqlar üstünə leysan ələndi, Torpaq oxay! Deyib suya bələndi… Buludu köksünə bükdü bu yağış. Havanın […]

QAN – QADALI MƏMLƏKƏTİM

Azərbaycan – dərdi böyük, şəhidlərin yurdu diyar, Hıçqırığın boğazında kilidlənib ürək oyar, Yadellilər azğınlaşıb əleyhinə imza qoyar, Sərvətini talayanlar, hər nəyin var satar, sovar, Yığdığını gizlədənlər yığdığından nə vaxt doyar?… Varlığına qənimlərin gül hüsnünə haçan uyar? Səndən başlar, Gözəl Vətən, Allahıma ibadətim, Ey qovğadan qurtulmayan qan-qadalı məmləkətim. İçindəki göz yaşını boğub, susub dayanmısan, Fitnələrdən, fəsadlardan […]

DÖRDLÜK

Başın işləməsi ürəkdən keçir, Hislərin fəryadı diləkdən keçir. Ömür Yaradandan aslı müddətdə Can bədən içində ələkdən keçir. 16.09.2016

İkilik və Dördlüklər

* Gəl, salma mərdi azara, Özün düşərsən məzara.. 10.09.2016 Bir həsrət ağlayır içimdə mənim, Qalıbdı ürəyim seçimdə mənim. Ömrümün günləri tutub əl-ələ, Canım bədənimdən köçümdə mənim… 11.09.2016 Çox vaxt yolumuzu kəsir bənd-bərə. Büdrərkən udacaq hər uçurum, dərə. Bir andan sonranı bilən olmayır, Heç kəs tuş olmasın böhtana, şərə. 14.09.2016 Günlərə bağlıyam vərdiş içində, Döyürlər qapımı […]