Вы просматриваете: Главная > Şeirlər > GÖYLƏRƏ ÇƏKDİ…

GÖYLƏRƏ ÇƏKDİ…

_AZpressAZ__sirin_xanim_kerimbeyli

Dünyanın halına tökdü göz yaşı,
Könlümü göylərə çəkdi bu yağış.
Yudu bağça-bağı, torpağı, daşı,
Yerlərə çeşmələr əkdi bu yağış.

Səhərin gözünə şəbnəmtək düşdü,
Səmada şimşəklə bulud döyüşdü,
Damlalar torpaqla eşqlə öpüşdü,
Ruhumdan kədəri sökdü bu yağış.

Ağaclar yağmurda nazla telləndi,
Yarpaqlar üstünə leysan ələndi,
Torpaq oxay! Deyib suya bələndi…
Buludu köksünə bükdü bu yağış.

Havanın çirkabın yuyub apardı,
İçimdə dəli bir tufan qopardı,
Sanki göy içindən gələn çapardı,
Hər bir çirkinliyə görkdü bu yağış.
18.09.2016
Şirin Xanım Kərimbəyli Şadiman