Вы просматриваете: Главная >Архив для Sentyabr 17th, 2016

GÖYLƏRƏ ÇƏKDİ…

Dünyanın halına tökdü göz yaşı, Könlümü göylərə çəkdi bu yağış. Yudu bağça-bağı, torpağı, daşı, Yerlərə çeşmələr əkdi bu yağış. Səhərin gözünə şəbnəmtək düşdü, Səmada şimşəklə bulud döyüşdü, Damlalar torpaqla eşqlə öpüşdü, Ruhumdan kədəri sökdü bu yağış. Ağaclar yağmurda nazla telləndi, Yarpaqlar üstünə leysan ələndi, Torpaq oxay! Deyib suya bələndi… Buludu köksünə bükdü bu yağış. Havanın […]

QAN – QADALI MƏMLƏKƏTİM

Azərbaycan – dərdi böyük, şəhidlərin yurdu diyar, Hıçqırığın boğazında kilidlənib ürək oyar, Yadellilər azğınlaşıb əleyhinə imza qoyar, Sərvətini talayanlar, hər nəyin var satar, sovar, Yığdığını gizlədənlər yığdığından nə vaxt doyar?… Varlığına qənimlərin gül hüsnünə haçan uyar? Səndən başlar, Gözəl Vətən, Allahıma ibadətim, Ey qovğadan qurtulmayan qan-qadalı məmləkətim. İçindəki göz yaşını boğub, susub dayanmısan, Fitnələrdən, fəsadlardan […]