Вы просматриваете: Главная >Архив для Sentyabr 12th, 2016

ÜRƏYİMDƏ QORUYA BİLSƏM

Bütün xatirələr dola qəlbimə, Tək sənin eşqinlə yarıya bilsəm. Baxışın sevgini sala qəlbimə, Səni ürəyimdə qoruya bilsəm. Pıçıltın könlümə dolan meh ola, Könlümü ram edən bir fateh ola, Kirpikdə gizlicə yatan şeh ola, Səni ürəyimdə qoruya bilsəm. Dönüb xəyallara gizli gəlirsən, Ruhumun nə çəkirsə, onu bilirsən, Ömür çox qısadır sonu bilirsən, Səni ürəyimdə qoruya bilsəm. […]