Вы просматриваете: Главная > Şeirlər > İkilik və Dördlüklər

İkilik və Dördlüklər

*
Gəl, salma mərdi azara,
Özün düşərsən məzara..
10.09.2016

Bir həsrət ağlayır içimdə mənim,
Qalıbdı ürəyim seçimdə mənim.
Ömrümün günləri tutub əl-ələ,
Canım bədənimdən köçümdə mənim…
11.09.2016

Çox vaxt yolumuzu kəsir bənd-bərə.
Büdrərkən udacaq hər uçurum, dərə.
Bir andan sonranı bilən olmayır,
Heç kəs tuş olmasın böhtana, şərə.
14.09.2016

Günlərə bağlıyam vərdiş içində,
Döyürlər qapımı gərdiş içində.
Ürəyim ağlımla üsyan eyləyir,
Mən ah-uf edirəm təşviş içində.
15.09.2016