Вы просматриваете: Главная >Архив для Mart, 2013

BOYLANIB BAXIRSAN

BOYLANIB BAXIRSAN MƏNƏ Qarşıdan boylanıb baxırsan mənə, İllərin zamana baxdığı kimi. Tutulub göylərtək bənizin yenə, Şimşəyin buludu yaxdığı kimi. Gərək qəm küləyi belə əsməsin, Ürəkdən fərəhi qoparıb alır. Heç kəsin qapısın hicran kəsməsin, Canda ölənədək niskili qalır. Xəyalın vidalar içindən gəlir, Qapıma, bacama xəzan gətirir. Sevdanın bir qəfil köçündən gəlir, Könlümdən keçəcək yolun itirir. Bu […]

RUHUMUN İÇİNDƏN BOYLANAN NOVRUZ

RUHUMUN İÇİNDƏN BOYLANAN NOVRUZ Ruhumun içindən boylanan Novruz… Sən canımda özünə yuva salan qan yaddaşımsan! Ocağıma şadlıqlar, uğurlar gətirən yurddaşımsan, sirdaşımsan! Bəlkə hələ mənim özümsən, ürəyimdə alışıb-yanan közümsən! Bilmirəm niyə bu qədər mənə doğmasan?! Təzəliyim, təmizliyim, saflığım! Daşan çaylarının, əsən yellərinin, açılan çiçəklərinin ətiri gəzir ruhumda! Sənin qədər heç bir bayram məni riqqətə gətirmir, ruhumun […]

NOVRUZDA

NOVRUZDA Yanar el-obada bayram şamları, Gülər qız-gəlinin üzü Novruzda. Qumaşa bürünər el axşamları, Keçməz tonqalların gözü Novruzda. Al-əlvan geyinər gəlinlər, qızlar, Göydə çıraq tutar min-min ulduzlar, «Ruhani» üstündə köklənər sazlar, Aşığın tükənməz sözü Novruzda. Xalçalar sərilər, el yallı gedər, Yurd igidlərinin eşq bağrın didər, Qızlar çərşənbədə qapılar güdər… Həyadan al olar üzü Novruzda. Səməni göyərər […]

BALACA ŞƏHİD FARİZİN HEKAYƏTİ…

BALACA ŞƏHİD FARİZİN HEKAYƏTİ poema 8 martda öz evlərinin həyətində oynayarkən erməni snayperi tərəfindən vurulmuş Ağdam bölgəsinin Orta Qərvənd kənd sakini doqquz yaşlı Fariz Bədəlovun ruhuna! Biri vardı, biri yox, Mənzil uzun, hünər çox. Orta Qərvənd elində, Söz-söhbəti dilində, Balaca Fariz vardı, Ona da həyat yardı. O uşaq diləkləri, Nazlardı ürəkləri. Anası Şirinnazın, Oxşardı könül […]