Вы просматриваете: Главная > Şeirlər > BOYLANIB BAXIRSAN

BOYLANIB BAXIRSAN

BOYLANIB BAXIRSAN MƏNƏ

Qarşıdan boylanıb baxırsan mənə,
İllərin zamana baxdığı kimi.
Tutulub göylərtək bənizin yenə,
Şimşəyin buludu yaxdığı kimi.

Gərək qəm küləyi belə əsməsin,
Ürəkdən fərəhi qoparıb alır.
Heç kəsin qapısın hicran kəsməsin,
Canda ölənədək niskili qalır.

Xəyalın vidalar içindən gəlir,
Qapıma, bacama xəzan gətirir.
Sevdanın bir qəfil köçündən gəlir,
Könlümdən keçəcək yolun itirir.

Bu da ömrümüzün tale naxışı,
Bürünüb boyaya xalılar təki.
Hərənin bir cürə həyat baxışı…
Ona da eyləmək olmayır ərki.

Şadiman fərəhlə qəm əlləşdirir,
Gah biri uduzur, gah biri udur.
Ürəyi canıyla çox güləşdirir,
Bütün varlığını qəm diri udur.
24.03.2013

Bir cavab yazın