Вы просматриваете: Главная >Архив для Mart, 2013

QANLARA BOYANDI BAKI AH İLƏ

QANLARA BOYANDI BAKI AH İLƏ 31 mart 1918-ci ildə Bakı erməni silahlı dəstələri tərəfindən Soyqırımına məruz qalıb…Və bu heç vaxt ağlımızın yaddaş səhifəsindən silinmədi. Otuz bir mart min doqquz yüz on səkkiz, Saldın yaddaşlara necə qanlı iz. Ağladın, hönkürdün diləyimizdən, Ağrın heç getmədi ürəyimizdən! Məzarlar dağıldı, qanunlar susdu, Hər dəhşət beyində min yol qan qusdu. […]

İLHAM PƏRİSİ

İLHAM PƏRİSİ Ah, ilham pərisi, bu zülmət gecə, Könlümün evinə gəlmisən necə? Hissim, həyacanım yenə əlində, İncəlik, lətiflik tuti dilində, Dadlı duyğuların qəlbimi bəzər, Ruhumun bağında mələyə bənzər, Büküb ürəyimi o atəşinə, Dömüsən bəxtimi sən günəşinə. Ah, ilham pərisi, bu gecə yarı, Gətirdin könlümə əhdi-ilqarı, Bağında açılan çiçəklərinlə, Bağrımı odlayan diləklərinlə, Sarmısan canımı sevgili yartək, […]

BAXA BİLMİRƏM

BAXA BİLMİRƏM Mən ürəyimdə tufan dunyanın haqq səsiyəm, Bütün Yer kürəsinin yanıqlı naləsiyəm, Taleyimin əlində həyat piyaləsiyəm, Düşüb bir gün torpağa parça-parça olacam, Cahanın bağırında fəryad təki qalacam. Yenə də duyğularım köpürür sellər təki, Könlüm elə ağlayır yanıqlı dillər təki, Sinə içində atəş bozarıb küllər təki, Ayrıla bilmirəm heç bu sevda yuxusundan, Daha sevə bilmirəm […]

ANA DÜNYASI

ANA DÜNYASI Ana, səmalarım, havam, dənizim, Ey mənim yaxınım, doğmam, əzizim! Titrək dodağınla layla çalanım, Hətta, yuxumda da könlü alanım. Bətində olanda duydum səsini, O isti, o yumşaq pak nəfəsini. Dünyaya gətirdin məni bir səhər, Gecələr yuxuna hey qatdın zəhər! Yatmadın sübhədək beşik başında, Əritdin ömrünü cavan yaşında. Titrək addımlarla yeridim bir gün, Bu sənə […]