MƏHƏBBƏT İMİŞ Hissə pərvanədir, duyğuya dayə, Öylə başa düşdüm ibadət imiş. Elə köklənmişdi pak haqqı-sayə, Sandım ki, gəlişi səadət imiş. Adı gah sevgidir, gah da ki, sevda, Qoparır könlümdə hər an min nida, Ondan axır qəlbə qəm adlı qida, Qəfil doğuluşu nə niyyət imiş? Arzu da imkana sığışıb gedər, Seli qabaqlayar dağ aşıb gedər, Hamı […]
ALLAH Sorulur hər yanda məzlumun qanı, Dünyada hökm edir min suç, min günah. Sən öz qüdrətinlə bəndən insanı, İçi boş başlardan uzaq et, Allah. Baş kəsən yüzdürsə, baş kəsdirən min, Oyuncaq edilib hər etiqad, din, Salınır bəxtlərə gündə yüz düyün, Hardasan bircə yol dada yet, Allah. Ürəklər, diləklər yoxsullanıbdı, Vicdanlar, qeyrətlər lap qullanıbdı, Dünyanın belinə […]
BU FƏLƏK ETMƏDİ BİR ÇARA MƏNƏ Bu fələk etmədi bir çara mənə, Baxdı könlüm təki biçara mənə. Saldı hər gün ürəyə qəm qoşunun, Oldu hər yarası min yara mənə. Tökdü gözdən keçən şən günlərimi, Etdi gündüzlərimi qara mənə. Gözlərəm xoş gələcək bir sabahım, Döndərib hər anı ah-zara mənə. Deyirəm bir üzümü güldürə bəxt, Andırır hər […]