Вы просматриваете: Главная > Şeirlər > ALLAH

ALLAH

ALLAH

Sorulur hər yanda məzlumun qanı,
Dünyada hökm edir min suç, min günah.
Sən öz qüdrətinlə bəndən insanı,
İçi boş başlardan uzaq et, Allah.

Baş kəsən yüzdürsə, baş kəsdirən min,
Oyuncaq edilib hər etiqad, din,
Salınır bəxtlərə gündə yüz düyün,
Hardasan bircə yol dada yet, Allah.

Ürəklər, diləklər yoxsullanıbdı,
Vicdanlar, qeyrətlər lap qullanıbdı,
Dünyanın belinə qəm çullanıbdı,
Qalx, zülmün evinə bir yol get, Allah.
24-25.11.1990

Bir cavab yazın