BU FƏLƏK ETMƏDİ BİR ÇARA MƏNƏ
Bu fələk etmədi bir çara mənə,
Baxdı könlüm təki biçara mənə.
Saldı hər gün ürəyə qəm qoşunun,
Oldu hər yarası min yara mənə.
Tökdü gözdən keçən şən günlərimi,
Etdi gündüzlərimi qara mənə.
Gözlərəm xoş gələcək bir sabahım,
Döndərib hər anı ah-zara mənə.
Deyirəm bir üzümü güldürə bəxt,
Andırır hər günü zinhara mənə.
Yollayır qəlb evimə ahu-fəğan,
Bənzədir öz canımı dara mənə.
Baxışı canım alan yar kimidir,
Oxşadır özünü simsara mənə.
Çağırıb səsləyirəm qəlbimə mən,
Hördürür hər anı hasara mənə.
Deyirəm Şadimana etmə vəfa,
Söyləyir onda denən hara mənə?
06.04.2013
Bir cavab yazın
Şərh yaza bilmək üçün giriş etməlisiniz.