Вы просматриваете: Главная >Архив для May, 2013

IYIRMISƏKKIZ MAYISAN

İYİRMİ SƏKKİZ MAYISAN Ürəyində dərdləri qubarlanan, bayramım, Şanlı istiqlal eşqi qamarlanan, bayramım, İzi-tozu silinib hamarlanan, bayramım, Bir millətin Tanrıya ucalan ah-vayısan, Əski Azərbaycanın İyirmi səkkiz mayısan. O böyük məmləkətin qazanılan yoluydun, Əsir, kölə millətin açılmış əl-qoluydun, Sildilər yaddaşlardan… tarixəsə uluydun, Dədəm Oğuz bəyinin, sən bozqurd harayısan, Əski Azərbaycanın İyirmi səkkiz mayısan. Yetmiş il dilimizdən aldılar […]

ON QƏPİK ƏHVALATI

ON QƏPİK ƏHVALATI Dəyərli oxucular, mənim qələmə alacağım bu yazının qətiyyən şəxsi maşını olanlara dəxli yoxdur. Çünki onlar yollarda saatlarla tıxac əzabıyla üzbəüz qalsalar da, öz şəxsi maşınlarının sükanı arxasında otururlar və ictimai nəqliyyatdan istifadə edən şəhər əhalisinin hali-vəziyyətinin fərqində olmaya bilirlər. Çünki onlar, bizlər kimi ictimai nəqliyyatdan istifadə etmirlər. Necə deyərlər sürdükləri maşınlar sağlıqlarına […]

MÖHLƏT AÇARI

MÖHLƏT AÇARI Qapıma düşmürsən möhlət açarı, Bəs bağlı qapıdan necə çıxım mən? Əqrəblər qəfəsdən quştək uçarı, Ömür gedən yola hardan baxım mən? Baş öz əzabına dolaşıb qalıb, Onu canı bilib yollaşıb qalıb, Fikirlər ağrıya bulaşıb qalıb, Onları könlümə nə buraxım mən? Xəyalım özünə munis axtarır, Məftunu olduğu pak hiss axtarır, Bəzən ürəyimi çox pis axtarır, […]

BAKININ TƏBRİZƏ AÇIQ MƏKTUBU

BAKININ TƏBRİZƏ İKİNCİ AÇIQ MƏKTUBU Əzizim Təbriz, qardaşım, can sirdaşım, ürəyimin yarısı, qəlbimin parçası… Yadında qalıbsa, bir müddət əvvəl səni idarə edənlər cavan şairlərimizi tutub zindana salanda sənə məktub yazmışdım, amma məktub yetişəndən bir qədər sonra şairlərimizi dustaqlıqdan azad edib sağ-salamat bu taya yolladın. Mən demirəm a bu mənim sənə yolladığım məktuba görə oldu, xeyr! […]