YER ÜZÜNÜN BARI YAĞIŞ Yağır göydən eləcə yer üzünün barı yağış, Gətirir bağça-bağa təzə bir nübarı yağış. Hissimə zövq verir, könlümü edir dəlisi, Sanki qəlbimin olub sevda dolu yarı yağış. Sarılır üz-gözümə inciyə bənzər gülüşü, Aparır bağrı ovan min cürə ah-zarı yağış… Ələnir kirpiyimə damlası bir şeh sayağı, Haylayır gurşadını danmayır ilqarı yağış. Boyayıb pəncərəmi […]
AVAZ GƏLDİ Qonşuluqdan avaz gəldi, Könlüm evinə yaz gəldi, Avaz içində naz gəldi, Bu səs gözəl bir afətmiş, Qəfil gələn məhəbbətmiş. Səsi elə yüksəlirdi, Sanki qürbətdən gəlirdi, Durub üzümə gülürdü, Gülüşləri qulağımda, Gəzdi evdə, otağımda. Avaz dönüb bir qız oldu, Tənhalığım yalqız oldu, Taleyimdə ulduz oldu, Ürəyimə közü düşdü, Həyatıma izi düşdü. Nişan edib, toy […]
XOCALI SOYQIRIMI Xocalıda rus və erməni işğalçıları tərəfindən qanına qəltan olunmuş minlərlə şəhər sakininin ruhuna ithaf !… -I- Haqqı-sayım zay oldu, Diləklərim vay oldu, Başım cəllad əlində Axan qanım çay oldu. *** Qarabağ, yarası qan sızan torpaq, Qarabağ, yaralı hər kol, hər yarpaq. Xalqın ölüm-qalım müqəddəratı!.. Qeyrətin, namusun son hesabatı. Ölən ərənlərin şəhid beşiyi, Qana […]
SƏNƏ OLAN SEVGİLƏRİM Sənə olan sevgilərim solmayır, Uçuşurlar qanad açan quş kimi, Sənsizlikdə ömrüm-günüm olmayır, Parlayırlar gözlərimdə yaş kimi. Niyə mənim ürəyimə girmisən? Ancaq məni öz yanıda görmürsən, Sevdamıza gözəl çələg hörmüsən, Düşüb qalıb qayalarda daş kimi. Ağladırsan gözlərimi sevdana, Nəyim varsa qanad açır ədana, Burax məni nolar könül odana, Görünməsin başqalara çaş kimi. 11.02.2012