Вы просматриваете: Главная > Şeirlər > AVAZ GƏLDİ

AVAZ GƏLDİ

AVAZ GƏLDİ

Qonşuluqdan avaz gəldi,
Könlüm evinə yaz gəldi,
Avaz içində naz gəldi,
Bu səs gözəl bir afətmiş,
Qəfil gələn məhəbbətmiş.

Səsi elə yüksəlirdi,
Sanki qürbətdən gəlirdi,
Durub üzümə gülürdü,
Gülüşləri qulağımda,
Gəzdi evdə, otağımda.

Avaz dönüb bir qız oldu,
Tənhalığım yalqız oldu,
Taleyimdə ulduz oldu,
Ürəyimə közü düşdü,
Həyatıma izi düşdü.

Nişan edib, toy vurdurduq,
Qapımda mağar qurdurduq,
Qəmimi gendə durdurduq,
Rəqs edib birgə oynadıq.
Eşqlə qarışıb qaynadıq,

Çevrəmdə dostlarım artdı,
Süfrəmdə tostlarım artdı,
Ürəyim vüsala çatdı,
Qonşuluqdan gələn avaz,
Həyatımı eylədi yaz.
12.10. 2012