Вы просматриваете: Главная >Архив для Yanvar 20th, 2013

ŞƏHİD QANLARI

ŞƏHİD QANLARI Çiləndi hasara, daşa, divara, Torpağa qarışdı şəhid qanları. Tanrı leysan tökdü aha, fəryada, Dövrana qarqışdı şəhid qanları! Bakını qaraya boyadı qanlar, Qanunsuz, hökümsüz didildi canlar, Vaxtsız həyatını verdi insanlar… Məş‘əltək alışdı şəhid qanları! İtirdi rəngini çiçəklər, güllər, Nalədən, fəğandan asiman mələr, Torpağın gözünə çəkildi millər, Ulduztək sayrışdı şəhid qanları! Göynədər sinəni getməz bu […]

ŞƏHİD QARDAŞ, ŞƏHİD BACI

ŞƏHİD QARDAŞ, ŞƏHİD BACI Şəhid qardaş, şəhid bacı, Bu dərd ağır, bu dərd acı. Məhkum xalqın oğlu, qızı, Vətənimin sinəsində parıldayan dan ulduzu. Körpələrin dodağından qopub gələn, o narahat mışıltısı, zülmətin ay işıltısı! Qaranlığda hər sitəmi, hər zülmü qamarladı diləyiniz, Yağıların gülləsindən yaralandı ürəyiniz. O tikanlı məhbəslərə ismarlandı kürəyiniz, Siz açılan qurğuşunu bağrınızla tikə-tikə parçaladız! […]

İTGİN ŞƏHİDLƏR

İTGİN ŞƏHİDLƏR Evindən biryolluq getdi o gecə… Xəbərsiz-ətərsiz itgin şəhidlər! Yağı gülləsiylə itdi o gecə, Özgəyə xətərsiz itgin şəhidlər! Analar, bacılar yolları pusar, Arada əlçatmaz, keçilməz hasar, «Balam vay» deyənlər min yol qəm qusar! Torpaqda bitərsiz, itgin şəhidlər! O gecə çox sinə göyə sovruldu, Analar, bacılar yandı, qovruldu, Haqsızlıq önündə ədalət quldu… Siz haqqa yetərsiz, […]