ŞƏHİD QANLARI

ŞƏHİD QANLARI

Çiləndi hasara, daşa, divara,
Torpağa qarışdı şəhid qanları.
Tanrı leysan tökdü aha, fəryada,
Dövrana qarqışdı şəhid qanları!

Bakını qaraya boyadı qanlar,
Qanunsuz, hökümsüz didildi canlar,
Vaxtsız həyatını verdi insanlar…
Məş‘əltək alışdı şəhid qanları!

İtirdi rəngini çiçəklər, güllər,
Nalədən, fəğandan asiman mələr,
Torpağın gözünə çəkildi millər,
Ulduztək sayrışdı şəhid qanları!

Göynədər sinəni getməz bu dağlar,
Hər vaxt, Şirin Xanım, köksünü dağlar,
Qanunlar, hökümlər qapını bağlar,
Qanuna «alqışdı» şəhid qanları!
23.07.1990

204 Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın