Вы просматриваете: Главная > Şeirlər > İTGİN ŞƏHİDLƏR

İTGİN ŞƏHİDLƏR

İTGİN ŞƏHİDLƏR

Evindən biryolluq getdi o gecə…
Xəbərsiz-ətərsiz itgin şəhidlər!
Yağı gülləsiylə itdi o gecə,
Özgəyə xətərsiz itgin şəhidlər!

Analar, bacılar yolları pusar,
Arada əlçatmaz, keçilməz hasar,
«Balam vay» deyənlər min yol qəm qusar!
Torpaqda bitərsiz, itgin şəhidlər!

O gecə çox sinə göyə sovruldu,
Analar, bacılar yandı, qovruldu,
Haqsızlıq önündə ədalət quldu…
Siz haqqa yetərsiz, itgin şəhidlər!

Vətən haqq axtarır, haqsa amanda,
Yaman – yaxşı donda, yaxşı – yamanda,
«Azad qanunlarla» azad zamanda,
Məzarsız itərsiz itgin şəhidlər!
30.06.1990