Вы просматриваете: Главная > Şeirlər > GÖZÜMDƏN DÜŞMƏDİN DÜNYA

GÖZÜMDƏN DÜŞMƏDİN DÜNYA

Gözümdən düşmədin dünya,

Gözümdən saldılar səni.

Adamlar ilana dönüb

Bağrından çaldılar səni.

 

Artıqca cəngəl savaşı,

Yerinə ələndi məzar.

Dur indi ağrını daşı,

Gah yeri, gah qəlbi qazar.

 

At kimi sürdülər səni,

Yalına qətran tökdülər.

Bağrına saldın yetəni,

Qatlayıb səni bükdülər.

 

Hər tərəf silahla dolu,

Öldürənə ölən suçdu!

Qapanıb Allahın yolu,

Şər gəlib şeytanı qucdu!

 

Budurmu İlahi yolu?!

İlahi içdən başlayır.

Günəşin atəşlə dolu,

Olanlar nəyi aşlayır?

 

Şadiman ağrıyla dolu,

Ağrını daşıya bilmir.

Adamlar olmur Haqq qulu,

Doğulan yaşaya bilmir!…

 

Gözümdən düşmədin dünya,

Gözümdən saldılar səni.

Adamlar ilana dönüb

Bağrından çaldılar səni.

07.08.2022