Könül qapımı döyən, Özünü şövqlə öyən, Mənə sevdadan deyən Səs tərəfə qaçıram, Dərdə qapı açıram. Qapımda duran uca, Cəftəmi vuran uca, Halımı soran uca, Bu sədaya acıram, Dərdə qapı açıram.
Tutma həqiqətin üzünə pərdə, Qəfildən düşərsən sağalmaz dərdə. Həyat dediyimiz min bir imtahan, Qoruyub saxlamır heç kəsi əldə. 08.07.2024