Вы просматриваете: Главная >Архив для Avqust, 2024

DÖRDLÜK

Ömür İlahidən verilən fərman, Hər günün ağrısı, acısı yaman, Xöşbəxtlik iksiri hamıya çatmır, Olubdu çoxuna tapılmaz dərman!… 21.08.2024

DÖRDLÜK

Qaynayan qazana bənzəyir dünya, Özün göz yaşıyla bəzəyir dünya. Hər şeydə günahkar bəndə əhlidir, Odur ki, günbəgün öləziyir dünya 17.08.2024

DÖRDLÜK

Yaşadığın günlərin enerjisin anlasan, Niyə nail olduğun bilinərdi çox asan. Həyatın dəftərində yazılanlar solmayır, Sən bu yazılanların özün ustadı olsan. 10.08.2024