Вы просматриваете: Главная >Архив для Sentyabr, 2024

İLAHİ, SƏN QORU MƏMLƏKƏTİMİ

Hər tərəf düşməndi, hər tərəf yağı, Artır gündən-günə yurdun növrağı, Qarabağ yağıya bir sinə dağı, Salma nəzərindən sədaqətimi, İlahi, sən qoru məmləkətimi. Yala həvəslilər artır günbəgün, Dilləri zəhərdir, qəlbləri gərgin, Ağıldan zaylarda düşüncə ölgün, Əskiltmə ruhumdan ədalətimi, İlahi, sən qoru məmləkətimi. Süpür yurd-yuvamdan taxtabaşları, Düşsün başlarına hiylə daşları, Vətən sevdalı et vətəndaşları, Şəhidimə artır ibadətimi, […]

ÇOX NARAZIDIR

Hamı bir-birindən çox narazıdır, Özündən narazı olan görmədim. Bəxtə qışqırırlar bu nə yazıdır? Bəxtinə düz yolu salan görmədim.   Çoxu bir-birinin ayağın dartır, İrəli getməyə aman verməyir. Fürsət bulan kimi şər-bohtan atır, Yoxuşu qalxmağa zaman verməyir.   Aləmi bürüyüb qəzəbli kütlə, Yalanın çəkisi daşdan ağrırdır. İnsana tüpürür, gün sürür itlə, Bütün bu olanlar canı ağrıdır. […]

DOĞULDUM ANA

  Sübh açılan çağı doğuldum ana, Bəlkə gəlişimə heç sevinmədin… Oğlan gözləyirdin, qız oldum ana, Amma analıqdan bir an enmədin.   Məni hər dəqiqə saldın bağrına, İsti nəfəsindən sevgini duydum. Qatmadın laylanı acı-ağrına, Saf məhəbbətinə eşqinlə uydum.   Payız gəlhagəli doğulsam da mən, Mənə baxışından bahar ələdin. Duyğumun içindən boylanırsan sən, Sən ürək atəşin könlə […]