Könül qapımı döyən, Özünü şövqlə öyən, Mənə sevdadan deyən Səs tərəfə qaçıram, Dərdə qapı açıram. Qapımda duran uca, Cəftəmi vuran uca, Halımı soran uca, Bu sədaya acıram, Dərdə qapı açıram.
Payızın nəfəsin duyduran səhər, Yola ver ömrümün günün bir təhər, Sübhün gözlərindən şəbnəm tökülür, Onun cazibəsi doğmasın qəhər!… 26.09.2024