Вы просматриваете: Главная >Архив для Oktyabr, 2024

BÜTÖVLƏŞ AZƏRBAYCAN

      Bu gün Milli Dirçəliş günündür, kaş bütöv Dirçəlişini görəydim, VƏTƏN…. Sənin yarımçıqlığın – qəlbimizə yaradır,Əldən getmiş yurdların bil ki, hardan haradır…Haqqını almayanın daim üzü qaradır,Yalnız bütövləşməyin yaralara çaradır.Bəsdir qaldın yarımcan diriləş, Azərbaycan! Çal Xətai havanı, bülövləş, Azərbaycan!Haqsızlığı qandalla, bütövləş, Azərbaycan! Kimliyimiz illərdi adımızdan silindi,Dostun, düşmənin kimdi, aşkar olub bilindi,Türkliyinə yiyə çıx, çağlayan Türk dilindi,Min […]

DÖRDLÜK

Həyatda olmayır işin asanı, Qaldırar zirvəyə zəka insanı. Hər bir çətinlikdə suçlu arama, Birinci sən kimsən? Özünü tanı!.. 15.10.2024

MƏZHƏB LAZIM OLMAYIR

Ey məzhəbi ürəkdə ocaq edib yandıran,Onu-bunu özünün istəyiylə qandıran,Başını kütləşdirib, hisləri oyandıran,Baş elə bir mücrüdür, içi boşsa, dolmayır,Allaha inanana məzhəb lazım olmayır. Bəndəni Tanrı sayıb ona səcdə edənlər,İlahini unudub pir üstünə gedənlər,Guya ki, haqq evinə nəzir müjdə edənlər,Pak olan haqq gözündə heç kənarda solmayır,Allaha inanana məzhəb lazım olmayır. Yaradanı sevməkçin vicdanı təmizləyin,Haqq könüldən başlayır ömrü […]

İKİLİK

Heç kəs cahil təki pislik edəmməz, Cahilin vurduğu ziyan ödəmməz. 02.10.2024