Könül qapımı döyən, Özünü şövqlə öyən, Mənə sevdadan deyən Səs tərəfə qaçıram, Dərdə qapı açıram. Qapımda duran uca, Cəftəmi vuran uca, Halımı soran uca, Bu sədaya acıram, Dərdə qapı açıram.
Həyatda olmayır işin asanı, Qaldırar zirvəyə zəka insanı. Hər bir çətinlikdə suçlu arama, Birinci sən kimsən? Özünü tanı!.. 15.10.2024