Könül qapımı döyən, Özünü şövqlə öyən, Mənə sevdadan deyən Səs tərəfə qaçıram, Dərdə qapı açıram. Qapımda duran uca, Cəftəmi vuran uca, Halımı soran uca, Bu sədaya acıram, Dərdə qapı açıram.
Səhərin gəlişi könlə yar olsun, Haqqa səcdə edən daim var olsun. Səhvə yükləməyək ömrün günlərin, Səhvə gedən yollar ömrə dar olsun! 21.07.2024