Вы просматриваете: Главная >Архив для İyun, 2024

LAYLA ÇALIRAM

Mən özüm-özümə layla çalıram, Laylamı süd təki içirəm hər gün. Anamın verdiyi layla dərsini, Ruhumun evındə keçirəm hər gün.   Dilim doğmalığın həyat işığı, Günəştək könlümdə şəfəqlər saçır. Bürüyüb ömrümü söz yaraşığı, İlahi sevgimə qapılar açır.   Bəzən zəhər dadır həyat acısı, Zaman qədəhimə süzür bal təki. Çıxmayır canımdan hicran sancısı, Bürüyür bəxtimi qeylü-qal təki. […]

DÖRDLÜK

İnsan vicdanıyla çarpışmadadı, Haqqın dərgahından yapışmadadı. Adını əzrayıl qoyan ölümlə, Doğulan günündən qapışmadadı… 22.06.2024

DÖRDLÜK

Özünü hamıdan sayma yuksəkdə, Bə’zən saxlamayır izi yüksək də. İnsanın bəzəyi ağıldı, ağıl, Odur yaşadacaq bizi ölsək də!… 06.06.2024