Könül qapımı döyən, Özünü şövqlə öyən, Mənə sevdadan deyən Səs tərəfə qaçıram, Dərdə qapı açıram. Qapımda duran uca, Cəftəmi vuran uca, Halımı soran uca, Bu sədaya acıram, Dərdə qapı açıram.
Özünü hamıdan sayma yuksəkdə, Bə’zən saxlamayır izi yüksək də. İnsanın bəzəyi ağıldı, ağıl, Odur yaşadacaq bizi ölsək də!… 06.06.2024