İlahi, mənə bir yol aç, Ürək odun üstündə sac… Alım ağrıyan başımı çıxım gedim bu dünyadan. Atım qaçım göz yaşımı, Qurtulum daha röyadan. Qəmli gözlərin tənəsi, Yalanların ənənəsi, Ruhumu talan eyləyir, Könlümə kədər bələyir. İçimdə hicran mələyir… İlahi, mənə bir yol aç, Canım deyil kimsəyə bac. Dincliyimi tapım bir dəm, Onu şərdən qapım bir […]
Вы просматриваете: Главная >Архив для Fevral, 2019
2019
Читать комментарии 0
2019
Ağrı dolu ürəyimi qopara bilmədim ahdan, Bir ömür ümid dilədim hər açılan al sabahdan. Ümidlərim boşa çıxdı, tutdum göyün ətəyindən, Ətəyimi burax dedi, qoru özünü günahdan… 04.02.2019
2019
Naləsi göy tutmur qan udanların, Dərdin hər üzünü tanıdanların. Yox imiş cəzası bu yer üzündə İnsanlıq adını unudanların… 03.02.2019
2019
Ümidlər qırılanda Tanrı soraqlayırıq, İşimiz düz olanda haqqı ayaqlayırıq. Ayağımız altına kimi gəldi salırıq, Özümüz yıxılanda uşaqtək ağlayırıq… 03.02.2019