Вы просматриваете: Главная >Архив для Yanvar, 2019

DÖRDLÜK

Həyatın ağrısın çəkmək olmayır, Yükü çox ağırdı çəkmək olmayır. Yüklənir illərlə ürək içinə, İçindən çıxarıb tökmək olmayır. 14.01.2019

DÖRDLÜK

Haqqa girən haqq qanmayır əzəldən, Düzəlmirsə, kimdi onu düzəldən?! Hər bir kəsin günü yaxşı keçərdi, Keçsə idi işi daim düz əldən… 11.01.2019

DÖRDLÜK

Yoruldum qəm yağan gözlərdən,Tanrım, Riya donu geymiş üzlərdən, Tanrım, Sancılıb ürəyə həyat acısı, Bəlkə də bezmisən bizlərdən, Tanrım!… 09.01.2019

DÖRDLÜK

Xalq olmasa yurd olmaz, yurd olmasa xalq olmaz, Görən gözü tərəzi, hər kəsi qəlbə salmaz. Onun məhəbbətini qazanmaq asan deyil, Xalqa arxa çevirən, xalqın qəlbində qalmaz!!! 08.01.2019